Çindən örnək qərar: kasıb ölkələrlə ticarətdə gömrük rüsumu alınmayacaq 

13:35 10.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Gömrük Tarif Komissiyası 1 dekabr 2022-ci il tarixindən etibarən dünyanın ən az inkişaf etmiş 10 ölkəsindən məhsul idxalına gömrük vergisi tətbiq etməyəcək.

Hafta.az-ın yazdığına görə, bu haqda Çin Dövlət Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həmin ölkələrin siyahısına Əfqanıstan, Benin, Burkina Faso, Qvineya-Bisau, Lesoto, Malavi, San Tome və Prinsipi Demokratik Respublikası, Tanzaniya, Uqanda və Zambiya daxildir. Bu ölkələrdən alınan məhsulların ən azı 98 faizinə sıfır gömrük tarifi tətbiq olunacaq.

Rəsmi xəbərlərə əsasən, yaxın gələcəkdə Çinlə diplomatik əlaqələr qurmuş bütün zəif inkişaf etmiş ölkələrin məhsullarına oxşar tariflər tətbiqlənəcək.